photo

İslam və Beynəlxalq Humanitar Hüquqa dair 2-ci Beynəlxalq Konfrans

7-9 Dekabr 2016-cı il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və İran Qızıl Aypara Cəmiyyəti İslam və Beynəlxalq Humanitar Hüququn Müasir Tədqiqatı İnstitutu ilə əməkdaşlıq şəraitində İran İslam Respublikasının Qum şəhərində İslam və Beynəlxalq Humanitar Hüquqa (BHH) dair 2-ci Beynəlxalq Konfrans təşkil etdilər. İslam və Beynəlxalq Humanitar Hüquqa dair 1-ci Beynəlxalq Konfrans ilk dəfə 10 il bundan öncə 2006-ci ildə İran İslam Respublikasının Qum şəhərində keçirilmişdir. Beləliklə, bu ilki Beynəlxalq Konfrans 10 illik dialoq təcrübəsi və dialoqun nəticələri üzərində qurulan bir mövzu ilə gündəmə gəldi. 2-ci Beynəlxalq Konfrans həmçinin İslam və Beynəlxalq Humanitar Hüququn ümumi humanitar dəyərlərinə dair humanitar və Müsəlman alimlər arasında mövcud olan dialoqun 10-cu ildönümünün qeyd edilməsi oldu.

Təkcə regiondakı insanlara deyil, regiondan kənardakı insanlara da təsir edən Yaxın Şərqdə hazırda baş verən insan iztirabları, dağıntılar və qütbləşmə nəzərə alınaraq 2-ci Beynəlxalq Konfrans çox mühüm bir vaxtda keçirilmişdir. Konfrans Beynəlxalq Humanitar Hüquq üzrə bir çox görkəmli ekspertləri, İslam alimləri və digər dini rəhbərləri, BQXK nümayəndələri, dünyanın iyirmidən artıq ölkəsindən olan Milli Qızıl Aypara Cəmiyyətləri nümayəndələrini bir araya topladı.

İslam və Beynəlxalq Humanitar Hüquqa dair 2-ci Beynəlxalq Konfransın rəsmi açılış mərasimi 7 Dekabr tarixində BQXK-nin Prezidenti cənab Piter Maurer, İran Qızıl Aypara Cəmiyyətinin Prezidenti Doktor Ziai, İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Doktor Abbas Arağçi, İran İslam Respublikasının Müdafiə Nazirinin müavini general Nəsrulah Kələntarinin iştirakı ilə keçirildi. Açılış nitqi ilə çıxış edən BQXK-nin Prezidenti cənab Maurer İslam və Beynəlxalq Humanitar Hüquqdakı ümumi humanitar dəyərlərə dair Dialoqun 10-cu ildönümünü yekun nəticə və gələcəyə baxış adlandırdı.

Konfransın ikinci günü panel müzakirələrinə həsr olunmuşdu. Panel müzakirələri İslam yurisprudensiyası və Beynəlxalq Humanitar Hüquq ekspertlərinə İslam və Beynəlxalq Humanitar Hüquqdakı mövcud ümumi humanitar dəyərləri birlikdə nəzərdən keçirmək və yada salmaq, habelə dini, hüquqi və humanitar məsələləri bütün mədəniyyətlərin başa düşdüyü bir dildə müzakirə etmək imkanı vermişdir. Müzakirələrin əsas mövzuları aşağıdakılar olmuşdur: dünya dinlərindəki ümumi humanitar dəyərlər, İslam yurisprudensiyası nöqteyi nəzərindən mülki insanların, ölmüş, itkin düşmüş şəxslərin, məcburi köçkünlər və qaçqınlar kimi qrupların müdafiəsi, İslam yurisprudensiyası nöqteyi nəzərindən ətraf mühitin və təbii resursların qorunması.

9 Dekabr 2016-cı il tarixində BQXK-nin İrandakı nümayəndəliyi və İran Qızıl Aypara Cəmiyyəti BQXK-nin nümayəndələri və Milli Qızıl Aypara Cəmiyyətlərinin təmsilçiləri üçün açıq müzakirələr keçirməyə, İslam və BHH dair fikir mübadiləsi etməyə imkan verən dəyirmi masa diskussiyası təşkil etdi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətini 2-ci Beynəlxalq Konfransda və dəyirmi masa arxasında keçirilən müzakirələrdə Az.QAC-nin Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşları Nailə Ömərova və Nigar Rüstəmzadə təmsil etmişlər.img_7723

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.