foto (83)

Ümumdünya Mülki Müdafiə günü Sumqayıt Dövlət Universitetində AzQAC Sumqayıt şəhər bölməsinin Mobil Dəstəsinin iştirakı ilə qeyd olundu

FHN Sumqayıt Regional Mərkəzinin 2017-ci il üçün tutulmuş Tədbirlər Planına uyğun olaraq “1 Mart Ümumdünya Mülki Müdadiə Günü”nə həsr olunmuş “Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu” mövzusunda 01 Mart 2017-ci il tarixində Sumqayıt Dövlət Universitetində FHN Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər Təcili Tibbi yardım stansiyasının, Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin, Universitetin müəllim və tələbə heyətinin iştirakı ilə nəzəri və praktiki hissədən ibarət maarifləndirici tədbir keçirildi. Sumqayıt Dövlət Universitetinin prorektoru Ramiz Hüseynov tədbiri açıq elan edərək tədbir iştrakçılarını salamladı. O, FHN Sumqayıt Regional Mərkəzin Sumqayıt Dövlət Universitetində maarifləndirmə məqsədilə mütəmadi olaraq keçirdiyi bu cür tədbirləri yüksək qiymətləndirdi. Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar FHN-nin bütün əməkdaşlarını təbrik edən Universitetin prorektoru işlədiyi təhsil ocağında daim mülki müdafiə məsələlərinə önəm verildiyini və bu sahədə tələbələrlə mütəmadi işlərin aparıldığını diqqətə çatdıraraq məruzəciləri auditoriyaya təqdim etdi.Mülki Müdafiənin yaranması mövzusunda Operativ reaksiyavermə və təlim əməliyyat planlaşdırma idarəsinin rəisi mayor Rafiq Həsənov və Fövqəladə hadisələr zamanı Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin Mobil dəstə üzvlərinin rolu mövzusunda Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova cıxış etdi.

Tədbir zamanı şərti olaraq Xəzər dənizinin şimal hissəsində 8.5 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində Sumqayıt Dövlət Universitetində patrlayış, yanğın və uçqunlar baş vermiş, nəticədə çoxlu sayda insan xəsarət almışdır. Hadisə baş verən zaman ilk növbədə Fövqəladə Hallar Nazirliyinin “112 çevik reaksiya idarəsi”nə, Sumqayıt şəhər Təcili Tibbi yardım stansiyasına, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinə, Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinə fövqəladə hal barədə məlumat verildi.

Aparılan kəşfiyyat zamanı qərərgaha daxil olmuş məlumata əsasən dərhal Sumqayıt Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasediciləri, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğın söndürmə dəstəsi xilasetmə və yanğınsöndürmə əməliyyatlarına başlamış, xilasedicilər universitetin binasında qalmış zərərcəkənləri çıxararaq ceşidləmə məntəqəsinə göndərilməsi üçün Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin mobil dəsdə üzvlərinə təhfil vermiş. xəsarət alanlara ceşidləmə məntəqəsində ilkin tibbi yardım göstərilərək ağır yaralıları Sumqayıt şəhər xəstəxanasına aparmışlar.

Sonda uğurla keçən tədbirin sonunda tədbirin gedişatı qiymətləndirildi, nöqsanlar araşdırıldı, aradan qaldırılması üçün təkliflər verildi.foto (37) foto (95) foto (196) foto (245) foto (315) foto (335)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.