Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tərifə görə Sağlamlıq – insanda həm fiziki və psixi sağlamlığın, sosial rifahın olması və insanların öz imkanlarını (potensialını) istifadə edərək, sərbəst uyğunlaşma və özünü idarə etmək qabiliyyətinin olması deməkdir. Buna əsaslanaraq, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində əhalinin sağlam olmaq üçün davranışlar (bilik və bacarıqları) barədə geniş səhiyyə maarifi işi təşkil edilir. Bu fəaliyyətlərə ali təhsil ocaqlarında gənclər arasında psixi sağlamlıqla bağlı seminarların təşkil olunması aiddir. 2017-ci il yanvar ayından başlayaraq, AzQAC-in psixoloji dəstək proqramı çərçivəsində Azərbaycan Milli Konservatoriyası və İqtisad Universitetin tələbələri üçün psixi sağlamlığın qorunmasına dair seminarların təşkilinə start verilmişdir. Belə ki, aprel ayının 24-də Milli Konservatoriyasında “Stress, depressiya, intihar” mövzusunda növbəti seminar keçirilmişdir. Seminarda iştirak edən 25 nəfər 1-ci kurs tələbələrinə, proqramın kordinatoru İsmayıl Atayev tərəfindən psixi sağlamlığa dair (psixoloji gərginlik, stress, depressiya, psixoloji problemlər zamanı davranış və s.) müxtəlif misallarla geniş məlumatlar çatdırıldı. Tələbələr belə görüşlərin onlara müsbət təsiri barədə və tez-tez təşkil olunnmasını arzulayaraq, seminardan məmnun olduqlarını bildirdilər. Seminarda AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru Mətanət Qaraxanova iştirak etmişdir.