Avropa İttifaqının dəstəyi ilə Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən birgə 01 iyun 2015 ildə başlayan “Sosial xidmətin inkişafı” adlı Tvinning layihəsinin icrası davam etdirilir. Layihənin məqsədi çətin həyat çəraitində yaşayan şəxslərin sosial cəhətdən fəal olaraq cəlb olunmasının təmin edilməsi, müvafiq sahədə qanunvericiliyin və instutsional mexanizmlərinin təkmilləşdirilməsi və keyfiyyətli sosial xidmətlərin təminatı üçün müvafiq şəraitin yaradılmasıdır.
Layihə çərçivəsində “məişət zorakılığı” hədəf qruplardan biri kimi seçilmişdir və bu mövzuda müxtəlif dövlət və qeyri-dövlət aidiyyəti olan qurumların iştirakı ilə təlim-seminar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tərəfindən təşkil olunmuşdur.
Təlim-seminar zamanı zorakılığın növləri (psixoloji, fiziki, iqtisadi, cinsi), məişət zorakılığının insanların həyatına təsiri, ailələrdə məişət zorakılığınin qarşısının alınması, məişət zorakılığına məruz qalmış şəxslərə kömək göstərmək üçün istifadə olunan icma resursları və sosial işçilərinin rolu məsələləri ətrafında müzakirələr aparılmışdır. Sosial iş kimi istiqamət Azərbaycanda inkişaf etməkdədir və hal-hazırkı vaxtda buna doğrü bir sıra mühüm addımlar atılmış. Nümunə olaraq bir sıra ölkələrin (Avstriya, Rumıniya və Türkiyyə) sosial iş modelləri öyrənilmiş və ölkənin mühitinə, şəraitinə uyğun olan seçilmişdir. Bu model sosial işçilər tərəfindən sosial müdafiəyə ehtiyacı olan şəxslərə ilkin sosial xidmət göstərilməklə yanaşı, onların problemlərinin həlli, sosial xidmətlərə əlçatanlığının təmin edilməsi və cəmiyyətə inteqrasiyası, sosial və psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi və s. sahələrdə də xidmətlərin göstərilməsini nəzərdə tutur.
Təlim-seminar zamanı qeyd edilmişdir ki, yuxarıda sadalanan məsələlərin aradan qaldırılması üçün bütün qurumların birgə, sıx əməkdaşlıq çərçivəsində çalışmaları zəruridir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətini təlim-seminarda İcraçı Katibin müavini Səbinə Məhbubi-İran təmsil edirdi.