Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şəki Rayon Bölməsi maarifləndirici tədbirlərini davam etdirir. Belə ki, 17.04.2017 – 24.04.2017-ci il tarixlərində Qızıl Aypara Cəmiyyətinin Şəki Rayon Bölməsi Şəki şəhərinin Kövər Zəyzid kənd orta məktəbi, Qırxbulaq kənd orta məktəbi, Çeşməli kənd orta məktəbi ,Öryət kənd orta məktəbi ,Çələbixan qəsəbəsi kənd orta məktəbi, Daşüz kənd orta məktəbi və Göybulaq kənd orta məktəbində olmuş, şagird və müəllim kollektivi ilə görüş keçirmiş və “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirmişdir.Tədbiri giriş sözü ilə məktəbin direktoru açmışdır. Sonra söz bölmənin sədri Səbuhi Mustafayevə verildi.Səbuhi Mustafayev şagird və müəllim kollektivinə Cəmiyyətimiz və onun tarixi, fundamental prinsipləri, fəaliyyəti və Cəmiyyətin gördüyü işlər barədə geniş məlumat verdi.Sonra söz Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şəki Rayon Bölməsinin Gənclərlə iş üzrə təlimatçısı Mətanət Abbasovaya verildi. Təlimatçı İnsan alveri nədir? Onun qurbanına çevrilməməyin yolları haqqında geniş məlumat vermiş və mözuya aid yayım materialları paylanıldı. Mövzu şagirdlərin və müəllim kollektivinin böyük marağına səbəb olmuş və onların sualları cavablandırıldı . Sonda məktəb direktoru belə maarifləndirici tədbiri təşkil etdiyinə görə AzQAC-nin Şəki rayon bölməsinin əməkdaşlarına öz minnətdarlığını bildirdi.