Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Milli Aviasiya Akademiyasında psixososial dəstək və yayım seminarı təşkil etdilər. Seminarda AzQAC-ın psixososial dəstək üzrə eksperti İsmayıl Atayev, Yayım sektorunun rəhbəri Xalid Xəlilov və Milli Aviasiya Akademiyasının tərbiyə işləri şöbəsinin rəisi İsgəndər Məmmədov iştirak etmişdir. Seminarda 135 kursant iştirak edirdi.
İsmayıl Atayev çıxışında seminarda iştirak edən kursantlara stres, depresiya və intihar mövzusunda ətraflı məlumat verdi. Stresin yaranma səbəbələri, onun aradan qaldırılması üçün görülən tədbirlərdən söz açdı. Sonda mövzu ilə bağlı kursantları maraqlandıran suallar cavablandırıldı.
Seminarın sonunda İsgəndər Məmmədov AzQAC-ın rəhbərliyinə və kollektivinə Akademiyanın rəhbərliyi, kollektivi və kursantları adından dərin təşəkkürünü bildirdi.