Azərbaycan Qızıl Aypara Cəmiyyəti Suraxanı rayon bölməsi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirdi.
02 iyun 2017-ci il tarixində Az.QAC Suraxanı rayon bölməsi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Suraxanı rayonunda yerləşən 2 saylı Körpələr evində tədbir keçirib.Suraxanı rayon bölməsinin sədri Turan Hüseynova çıxış edərək körpə balaları salamlayıb,onları bayram münasibəri ilə təbrik edib.Şirniyyat süfrəsi arxasında davam edən tədbir uşaqların böyük sevincinə səbəb olub.Sonra uşaqlar arasında müxtəlif şer,mahnı,rəqs müsabiqəsi keçirilib.Qaliblərə hədiyyələr təqdim edilib.Sonda rəhbərlik Aypara Cəmiyyətinə və Suraxanı rayon bölməsinin sədri Turan xanıma öz minnətdarlığını bildirib.