Hər il olduğu kimi bu il də Müqəddəs Ramazan ayında “Azərikimya” İB-nin maliyyə dəstəyi ilə 8-ci mikrorayonun aztəminatlı sakinləri üçün AzQAC Sumqayıt şəhər bölməsinin kollektivi və könüllülərinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunmuşdur. Təşkil olunmuş iftar süfrəsi iyun ayının
2–də həmin ərazidə yerləşən xeyir – şər evində 150 nəfərin iştirakı ilə baş tutdu. Könüllülərimiz iftar süfrəsinin hazırlıq işlərini görmüş, süfrəyə gələcək təamları hazırlamış, süfrəni bəzəyib, gələn qonaqları qarşılamış və onlara qulluq etmiş və xidmətlərində durmuşdurlar. Məclisi axund açaraq, bu ayın fəzilətlərindən, iftarın savablarından danışmış və dualar oxumuşdur.O,iftarın təşkilində əməyi keçən təşkilatın nümayəndələrinə iştirakçılar adından minnətdarlıq etmiş, onlara can sağlığı, bol ruzi-bərəkət arzulamışdı. Bu xeyirxah missiyanı yerinə yetirməkdə onlara köməkçi olan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin könüllülərinə ugurlar arzulamışdı. Tədbirdə iştirak edən ahıl insanların bəziləri çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmiş, Müqəddəs Ramazan ayının gözəl xüsusiyyətlərindən olan bərabərlik və paylaşma ayında onlarla bir yerdə olduqlarından məmnunluq hissi kecirdiklərini bildirdilər.