2017-ci il 31 may tarixində “Dədə Qorqud” Milli Xeyriyyə Fondun və “Dərbənd” Xeyriyyə İctimai Birliyinin iştirakı ilə UNESCO Rəssamlar İttifaqının, “Dədə Qorqud” Milli Fondunun üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı, akademik Sakit Məmmədovun rəsm qalereyasında “Mehriban Ana” ordeni ilə təltifi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının dövlət və ictimai təşkilatların, İnteqrasiya tipli İnternat təmayüllü qimnaziyanın, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin və kütləvi informasiya vasitələrin nümayəndələri iştirak ediblər.
“Dədə Qorqud” Milli Fondun rəhbəri ” Azərbaycan Dünyası” Beynəlxalq Jurnalın təsisçisi və baş redaktoru Eldar İsmayılov 5 dəyərli tanınmış xanımımızı Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirməyinə, müəllim adını şərəfi hər zaman uca tutuğuna və gənclər arasında tərbiyə işinə verdiyi sanballı şəxsi töhfəsinə görə “Mehriban Ana” medalı ilə təltif etdi.
Çıxış edən fondun üzvü,dünyaca ünlü rəssam,akademik Sakit Məmmədov və qonaqlar xanımlarımızı təbrik edərək onlara yeni uğurlar arzuladılar. Tədbirdə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, “Dədə Qorqud” Milli Fondunun üzvü, ehtiyatda olan 1-ci dərəcəli kapitan, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru Nurulla Əliyev və qurumun üzvləri təltif olanları təbrik ediblər.
“Dədə Qorqud” Milli Xeyriyye Fondunun
“Mehriban ana” altın ordeni alanlar icərisində Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri ,yüzlərlə sağlamlıq imkanı məhdud uşaqlara ,cox saylı könüllülərinə daima analıq şəfqəti ilə yanaşan Mətanət Məhərrəmova da var idi.
Biz QAC Sumqayıt şəhər bölməsinin əməkdaşları və cox saylı könüllüləri adından Mətanət xanım Məhərrəmovanı “Mehriban Ana”Altın medalı ilə təltif olunmağı münasibəti ilə səmimi qəlbdən təbrik edir,ona möhkəm can sağlıgı,mərhəmət və şəfqət dolu uzun ömür,humanitar fəaliyyətində ugurlar arzulayırıq.