Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə 2015-ci il dekabr ayından Cənubi Qafqaz respublikaları (Azərbaycan, Gürcüstan, Ermənistan) “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin ikinci mərhələsinin yerinə yetirilməsinə başlamışlar. Sözügedən layihənin Fəaliyyət planına uyğun olaraq hədəfə götürülən kəndlərdə və şəhərlərdə Fövqəladə hallar nazirliyi və yerli idarəetmə strukturları ilə birgə Axtarış, Xilasetmə və İlk yardıma dair simulyasiyaların keçirilməsi nəzərdə tutulmuşdur.
Həmin tədbirlərin davamı olaraq 2017-ci il iyun ayının 9-da Gürcüstan Respublikasının Laqotex şəhərində Gürcüstan Qızıl Xaç Cəmiyyəti, Gürcüstan Respublikasının Fövqəladə halların idarəetmə agentliyinin və yerli hökümətin dəstəyi ilə təxliyyə, axtarış, xilasetmə və ilk yardıma dair simulyasiya tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti də fəal iştrak etmişdir.
Simulyasiya tədbiri bir neçə ssenariya əsasında qurulmuşdur (yanğın zamanı təxliyyə, avto gəzada yaralıların təxliyyə olunması və onlara ilk yardımın və psixaloji yardımın göstərilməsi, çay daşqını zamanı insanların təhlükəsiz yerə təxliyyə olunması və s.)
Tədbirdə Avstriya və Danimarka Qızıl Xaç Cəmiyyətlərinin nümayəndələri, Avstriya İnkişaf Agentliyinin nümayəndəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndəsi, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi və digər qonaqlar iştrak etmişlər.
Bu görüşdə Azərbaycan Qızıl Cəmiyyətini “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin Koordinatoru Elşən Səlimzadə, layihənin meneceri Fərid Seyidzadə , Sumgayit Regional Mərkəzinin Kordinatoru Mətənət Məhərrəmova, AzQAC-nin İsmayıllı rayon bölməsinin sədri Tofiq Soltanov və həmin bölmənin əməkdaşları Rəfiqə Əsgərova və Solmaz Rzayeva təmsil etmişlər.