İyul ayının 27-də 28 iyul Ümumdünya Hepatit Gününə həsr edilən tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi, Sabunçu Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsi, Sabunçu Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu Rayon Bölməsi tərəfindən təşkil olunmuşdur. Tədbir Sabunçu rayonunda yerləşən Mərkəzləşdirilmiş 1 saylı Kitabxana keçirilmişdir və tədbirə rayon üzrə yerli təşkilatlar və təhsil müəssisələrdən nümayyəndələr, gənclər dəvət olunmuşlar .İSİM-in nümayyəndəsi Şəhla Mirzazadə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İSİM tərəfindən içimai səhiyyəyə dair fəaliyyətlərin müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində geniş həyata keçirilməsi barədə çıxış etdi. Tədbirdə AzQAC-in İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova Ümumdünya Səhiyyə Təşkilatının Ümumdünya Hepatit Günü ilə əlaqədar günün mövzusunu “Hepatiti aradan qaldırmaq üçün Mən….” açıqlayaraq, hər bir kəsin bu mübarizəyə qatılmasının mümkünlüyünü qeyd etmiş, dünyada virus hepatitə yoluxma, xroniki hepatitlərin olması, müayinə və müalicə sahələrinə dair olduğu statistik göstəriciləri və məlumatları qeniş şəkildə təqdim etmişdir. Virus Hepatitlərə dair tibbi məlumatları isə tədbir iştirakçılarına İSİM-in əməkdaşı, həkim Hafiz İbrahimov çatdırdı. O, iştirakçıların verdiyi sualları izahatlı şəkildə cavablandırdı. Sonda iştirakçılar ÜST-n təqdim etdiyi plakatlarla şəkillər çəkdilər. İSİM tərəfindən hazırladığı əyani vəsaitlər də iştirakçılara paylnıldı.