Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2012-ci ilin dekabr ayından etibarən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi davam etdirilir. Layihə İsmayıllı rayonunun Diyallı, Təzəkənd, Kürdmaşı, Tircan, Sumağallı və Zarnava kəndlərində və Qusar rayonunun Əniq və Kuzun kəndlərində həyata keçirilir. Layihənin əsas məqsədi davamlı inkişaf və möhkəm və təhkükəsiz icmaları yaratmaqla əhalinin təbii fəlakətlərə qarşı zavallılığın azaldılmasıdır.
Layihə başlandığı gündən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən bir sıra tədbirlər təşkil edilmişdir. Tədbirlər silsiləsinin davamı olaraq avqust ayının 2-də Qusar rayonunun Huray kəndində layihə çərçivəsində “İlk Yardım vərdişlərinin geniş əhaliyə aşılanması” adlı tədbir təşkil edilmişdir. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahı, Sumqayıt Regional Mərkəzinin və şəhər bölməsinin, İsmayıllı və Qusar rayon bölmələrinin nümayəndələri, könüllüləri, Kənd İcma Qrupları, Qusar rayonunun icra və bələdiyyə nümayəndələri və eləcədə kənd əhalisi iştirak edir. Eyni zamanda tədbirdə İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycanda fəaliyyət göstərən Klinikanın Rəhbəri cənab Bəhmən Sobhanı iştirak etmişdir.
Tədbir Sumqayıt şəhər bölməsinin, İsmayıllı və Qusar rayon bölmələrinin
könüllüləri və icma nümayəndələrindən ibarət komandalarının çıxışından, praktiki olaraq vərdişlərin nümayişindən və viktorina şəkilində İlk Yardım mövzusuna aid olan suallara cavab verməkdən ibarətdir. Qızıl Aypata Cəmiyyətinin Baş Qəraraqahı, Sumqayıt Regional Mərkəzinin və şəhər bölməsinin, İsmayıllı və Qusar rayon bölmələrinin nümayəndələri, İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyn rəhbəri tədbirin gedişatını qiymətləndirmək və qalibləri müəyyənləşdirmək məqsədi ilə münsiflər heyyətini təşkil etmişlər.
Qaliblər və fəal iştirakçılar hədiyyələr və təşəkkürnamələrlə təltif olunmuşlar.