DSC_3024

12 avqust Beynəlxalq Gənclər Günü İsmayıllı rayonunda qeyd olundu

12 avqust – Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-ni dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2016-2020-ci il strateji iş planında Gənclər və Könüllülər və eyni zamanda Fövqəladə Hallara Hazırlıq və Cavabvermə  əsas istiqamətlər kimi göstərilmişdir. Onların çərçivəsində müxtəlif layihələr, tədbirlər həyata keçirilir.

Belə ki, Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən 2012-ci ilin dekabr ayından etibarən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi davam etdirilir.  Layihə İsmayıllı rayonunun Diyallı, Təzəkənd, Kürdmaşı, Tircan, Sumağallı və Zarnava kəndlərində və Qusar rayonunun Əniq və Kuzun kəndlərində həyata keçirilir.  Layihənin əsas məqsədi davamlı inkişaf ,  möhkəm və təhkükəsiz icmaları yaratmaqla əhalinin təbii fəlakətlərə qarşı zavallılığın azaldılmasıdır. Layihədə müxtəlif fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Planlaşdırılmış fəaliyyətlər çəçivəsində bu yaxınlarda İsmayilli rayonunda layihədə iştirak edən icmaların yeniyetmə və gəncləri arasında təşkil olunmuş və 12 avqust Beynəlxalq Gənclər Gününə həsr edilmiş tədbiri qeyd etmək olar.

 

Tədbir Gənclər komitəsi, Gənclər və könüllülər ,Fövqəladə Hallara Hazırlıq və cavabvermə şöbələri, Sumqayıt Şəhər Bölməsi və İsmayıllı RB-nin təşəbbüsü və təşkilatcılığı ilə  açıq hava şəraitində İsmayıllı rayonun Diyalli kəndində keçirilmişdir. Tədbirdə  yeniyetmə və gənclər arasında maarifləndirmə işləri aparılmışdır. Tədbir üç hissədən ibarət idi: yeniyetmə və gənclər telekomunikasiya vasitələrindən istifadə edilməsinin öyrədilməsi, hər hansısa bir fövgəladə hal zamanı siğinacaqdan istifadə olunması, təhlükəsizlik qaydalarına riayyət olunması, (ilan, əğrəb sancmalarından qorunmaq uçun müvafiq qeyimlərdən istifadə olunması) və yol təhlükəsizliyi qaydalarına riayət edilməsidir. Bu tədbirdə istifadə olunan bilik və bacarıqlar yay mövsümündə üşaqların tətili ərəfəsində, hər hansısa bir fəaliyyətdə iştirak edərkən və valideynlərinə kömək edərkən diqqətli və hazırlıqlı olmaları üçün cox böyük əhəmiyyət kəsb etmişdir.

Tədbirin sonunda uşaqlar arasında kecirilən mövzular haqqında yarış və viktorinalar təşkil olundu, Qaliblər və fəal iştirakçılar hədiyyələr və təşəkkürnamələrlə təltif olundular.DSC_3029DSC_3020DSC_3018DSC_3009DSC_2992DSC_2990DSC_2970

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.