DSC_6725

AzQAC-in Pirallahı Rayon Bölməsinin ictimai fəaliyyəti davam etməkdədir

           Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada içtimai səhiyyə, humanitar  sahəsində Dövlətə yardımçı rolunu oynayaraq, yerli hökumət və QHT-la əməkdaşlıq çərçivəsində, Regional Mərkəzlər  və Yerli  Bölmələr vasitəsilə əhali arasında ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və xəstəliklərin sayının azaldılmasına dair geniş səhiyyə maarifi işini təşkil  edir.

Ümumdünya Səhiyyə Təşkilatı ölkələrdə  hər il “1-7 avqust Ümumdünya ana südü ilə qidalanma həftəsi”nə həsr edilən geniş kompaniyaların keçirilməsini tövsiyyə edir.  Bununla bağlı, hər il olduğu kimi, AzQAC rayon bölmələri yerli səhiyyə strukturları ilə birgə  qadınlar arasında maarifləndirici görüşləri təşkil edirlər.  Bu ilin avqust ayının  11 də, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində  Pirallahı rayonlarında yerləşən 10 saylı Birləşmiş Xəstəxanasında  hamilə qadınlar və analara “Ana südü ilə qidalanmanın sağlamlığa faydası” adlı seminar təşkil edildi. Keçirilən görüşdə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova hamilə qadınlar və analara ana südü haqqında, onun uşaq və ana sağlamlığı üçün əhəmiyyəti  və faydası barədə  geniş məlumatlar çatdırdı. O,  Ümumdünya Səhiyyə Təşkilatının  ana südü ilə əlaqədar 10 faktı və digər göstəriciləri tədbir iştirakçılarına təqdim etdi. Tədbirə cəlb olunan qadınlar və eləcə də  tibb işçiləri  yeni məlumatlar əldə etmək baxımından belə görüşlərin onlar üçün vacib olduğunu vurğuladılar. Seminarda iştirak edən qadınlar arasında  sorğu və “Mən və mənim uşağım” adlı  test aparıldı. Sonda AzQAC-in Rayon Bölməsinə “İcmaya əsaslanan sağlamlıq” kitabı təqdim edildi , qadınlara isə uşaqların sağlamlığı ilə bağlı  kitablar paylanıldı. Piralahı rayonunda yerləşən 10 saylı Birləşmiş Xəstəxanasında keçirilən tədbirdə AzQAC Pirallahı Rayon Bölməsinin sədri Təranə İskəndərova, İcra Hakimiyyətinin Humanitar və sosial şöbəsinin əməkdaşı Şəhla Həsənzadə, Xəstəxananın baş həkimin müavini Kəmalə Mustafayeva iştirak etmişlər.

       Həmin gün Cəmiyyətin əməkdaşları, AzQAC-ın  prezidenti, Novruz Aslanovun Fomina Klavdiya İvanovnaya  mütəmadi diqqət və qayğı göstərilməsi tapşırığına əsasən,   65 il  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına sadiq olan, Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışmış, Fomina K.İ. evində ziyarət etdilər. Klavdiya İvanovna, ona daim göstərdiyi ehtiram və hörməti, onunla  birgə ictimai səhiyyə ilə bağlı keçirdiyi fəaliyyətləri, xoş əməkdaşlığı  yadına saldı. Pirallahı Rayon Bölməsinin sədri Təranə xanıma isə daim ona diqqət və qayğı göstərdiyini  xüsusi vurğulayaraq, böyük təşəkkürünü bildirdi. Görüş zamanı Klavdiya İvanovna bir daha  göstərilən belə diqqət və qayğıya görə Cəmiyyətin prezidenti cənab Novruz Aslanova və rəhbərlik etdiyi kollektivə dərin minnətdarlığını bildirdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.