İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, görkəmli rejissor, əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş idarəsində kollektivin qonağı olub.İTRYŞ-nin fəaliyyətə başlamasının 12 illiyi münasibətilə qonağı təbrik edən AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Dr.Novruz Aslanov Milli Cəmiyyətin tədbirlərinin daim İctimai televiziya tərəfindən dəstəyindən söz açdı. O, Cəmil Quliyevin rəhbərlik, yaradıcı və yüksək insani keyfiyyətlərini xüsusilə vurğuladı.
Cəmil Quliyev də öz növbəsində Milli Cəmiyyətin gördüyü böyük humanist işlərdən, dövlətin Cəmiyyətə göstərdiyi diqqət və qayğıdan danışdı və bunun da rəhbərlik etdiyi televiziyada işıqlandırılmasından zövq aldığını söylədi.
Həmçinin, Milli Cəmiyyətə humanitar missiyada uğurlar arzu etdi.
Sonda AzQAC prezidenti Milli Məclisin deputatı Dr.Novruz Aslanov AzQAC Rəyasət Heyətinin qərarı ilə Cəmil Quliyevin Cəmiyyətin ən ali ödülü olan “Qızıl Aypara” medalı ilə təltif edilməsini söyləyərək, medalı ona təqdim etdi.
Cəmil Quliyev bu medala Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının inkişafındakı, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətindəki xidmətlərinə görə təltif edilib.
C.Quliyev bu ali mükafata görə öz dərin təşəkkürünü bildirdi.
Sonda xatirə şəkli çəkildi.