Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında fasiləsiz olaraq 65 il çalışmış Fomina Klavdiya İvanovna Cəmiyyətin əməkdaşları tərəfindən evində ziyarət edildi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin təşəbbüsü ilə Cəmiyyətin əməkdaşları Klavdiya Fominaya Müsəlman xalqının müqəddəs bayramı olan “Qurban”bayramı münasibəti ilə təbrik edib, ona uzun ömür,can sağlığı,ruzi-bərəkət,xoş günlər arzuladılar. Görüş zamanı bildirildiki daima diqqət mərkəzində olan Klavdiya Fominaya bundan sonra da AzQAC-ın diqqət mərkəzində olacağı ifadə olundu.
Sabiq ayparaçı Fomina Klavdiya İvanovna ona göstərilən belə diqqət və qayğıya görə Cəmiyyətin kollektivinə dərin minnətdarlığını bildirdi.