Tədbir Beynəlxalq Qızıl Xaç və Qızıl Ayapara Cəmiyyətlərinin Avropa zona ofisi tərəfindən Monteneqro Respublikasının Sutomore şəhərində 2017-ci il oktyabr ayının 02-dən – 10-a kimi təşkil olunmuşdur. Bu tədbirdə Azərbaycan, Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Macarıstan, İtaliya, Makedonya, İzrail, Monteneqro və Serbiya ökələrindən olan nümayəndələr iştirak etmişlər.
Tədbir bir necə hissəyə bölünmüşdür. İş planına uyğun olaraq iştrakçılar qruplara bölünmüş və onlara fövqəladə hallar barəsində ətraflı məlumatlar çatdırılmışdır. İştirakçılara regional səviyyəsində qrup şəklində fəlakətlərə necə cavab verilməsi və hazırlıqlı olması, məlumatın idarəedilməsi və istiqamətləndirilməsi, müxtəlif tərəfdaşlarla, Qeyri-Hökümət Təkilatları, Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissələri olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlığın qurulması qaydaları, onların müxtəlif şəraitdə rolları təqdimatlar və qrup oyunlarının vasitəsilə izah edilmişdir. Təlimin ikinci hissəsi isə sahə təlimlərindən ibarət idi. Qrup üzvləri arasında fövqəladə hallar zamanı ilkin qiymətləndirmə metodları təbliğ olunmuşdur. Daha sonra qruplar psixososial dəstəyə aid simulyasiyalar, çadırların qurulmasını və s. fəaliyyətləri həyata keçirmişlər. Təlim çox yüksək səviyyədə keçmiş, təlimdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Avropa zona ofisinin Fövqəladə Hallar üzrə koordinatoru cənab Ruben Romero, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Avropa zona ofisinin Fövqəladə Hallar üzrə nümayyəndəsi Nebosya Medoviç və digərləri iştrak etmişlər.
Bu tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti prezidentinin Fövqəladə hallar üzrə müşaviri Elşən Səlimzadə və Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə iştrak etmişlər.