Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə 23-25 oktyabr 2017-ci il tarixlərdə Bakı şəhəri, “Xudafərin” oteldə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin Beynəlxalq Humanitar Hüququn (BHH) və Fundamental prinsiplərin yayımı sahəsində növbəti seminar keçirilmişdir. Məqsəd AzQAC-ın cəbhəyanı ərazilərə daxil olan rayon bölmələrinin könüllülərinin AzQAC-ın Nizami rayon bölməsinin, Sumqayıt şəhər bölməsinin könüllüləri ilə təcrübə mübadiləsi aparmaq olmuşdur. Könüllüərin bu sahədəki biliklərinin artırılması ona imkan verir ki, onlar da öz növbəsində çalışdıqları cəbhəyanı ərazilərdə Hərəkatın məqsədi və fəaliyyətləri barədə əhali arasında öz bilik və bacarıqlarını bölüşsünlər.
Həmçinin, könüllülərin iştirakı ilə yürüş təşkil edilmiş və AzQAC-ın fəaliyyətlərini əks etdirən buklet yayım materialları paylanılmışdır. Yürüş zamanı könülüllərə verilmiş suallar cavablandırılmışdır.
Daha sonra Nizami rayon bölməsinin ofisində seminar təşkil edilmişdir. Seminarda yürüşün məqsədi və nəticələri barədə məlumat verilmiş, müzakirələr aparılmışdır. Həmçinin, seminarda Psixososial dəstək barədə də məlumat verilmişdir.
Seminarda AzQAC-ın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, BHH və Fundamental prinsiplərin Yayımı sektorunun rəhbəri Xalid Xəlilov, Psixososial dəstək sektorunun rəhbəri İsmayıl Atayev, Sumqayıt, Nizami və Nəsimi rayon bölmələrinin könüllüləri, Nizami rayon bölməsinin sədri Rəna İbrahimova, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin Əməkdaşlıq üzrə məsul şəxsi Rasim Allazov, İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Amil Həsənov iştirak etmişdilər.
AzQAC-ın əməkdaşları və inkişaf etmiş rayon bölməsinin könüllüləri çıxışları zamanı istər beynəlxalq , istərsə də yerli səviyyədə əldə etdikləri bilik və bacarıqlarını təlimatçılarla bölüşmüşdülər.