Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qazax rayon bölməsi ilə Litva dövlətinin Azərbaycandakı səfirliyi ilə artıq 2 ildir əməkdaşlıq və dostluq əlaqələri inkişaf etməkdədir . Bu iki il ərzində Səfirliyin maliyyə dəsdəyi ilə Qazax rayonunun Daş salahlı kəndinin 1 və 2 saylı ümumi orta məktəblərin həyətində uşaqlar üçün sayca 11 və 12-ci ,, Təhlükəsiz Oyun Meydançası ,, tikilib uşaqların ixtiyarına verilmişdir. Litva dövlətinin Azərbaycandakı səfirliyinin rəhbəri cənb Valdas Lastauskasın təşəbbüsü ilə artıq yeni ,, Evdən məktəbə , məktəbdən evə təhlükəsiz dönmə ,,layihəsinə start verilmişdir. Ona görə də cənab səfirin Qazaxa gətirdiyi 217 ədət məktəbli çantaları Qazax rayonunun Daş Salahlı kənd 1 və 2 saylı ümumi orta məktəbin və Abbasbəyli kənd ibtidai məktəbin ibtidai siniflərinə paylanmışdır.