Beynəlxalq Qızıl Xaç və Aypara Hərəkatında könüllülük prinsipi əsas 7 prinsiplərədn biridir. Könüllülük prinsipinin komponentlərinə aiddir: sərbəst qəbul edilən öydəlik, xeyir almaq istəyin olmaması, fədakarlıq. Burada uyğun olan humanitar dəyərlərdən altruizm və səxavətlik ruhu, könüllü xidmət göstərmək ruhu, məsuliyyətlı və intizam ruhun olması gərəkdir. Bu Hərəkatda öz fəaliyyətini seçən könüllülər belə dəyərlərə malik olmadırlar. AzQAC-in minlərlə fəal könüllüləri mütəmadi olaraq xeyirxahlıq, humanistlik, mərhəmətlə dolu aləmdə çalışır, ehtiyacı olan insanlara qayğı ilə dəstək göstərərək, kömək edirlər. Ahıl insana baş çəkmək, onunla söhbət etmək ehtiyacına dəstək vermək də könüllülün bir fəaliyyətidir.
Belə ki, AzQAC-tin bir qrup könüllüləri (Lalə Qurbanova, Cavid Məsimli və Kənarə Novruzova) “5-Dekabr Beynəlxalq Könüllər Günü”-də keçmiş Sovet İttifaqı həm də indiki dövrdə Qızıl Xaç və Qızıl Aypara Hərəkatında fəal iştirak edən, uzun illər əzində mütəmadi qan donoru olan Tahirə xanım Əkbərovanın evinə gedib, baş çəkdilər. Tahirə xanım könüllülərə öz həyat təcrübəsinə aid olan məlumatlarla paylaşdı. Səmimi, xoş əhval-ruhiyyə şəraitdə keçən bu görüşdə, qan donorluğu fəaliyyətlərdə daha çox təcrübəyə malik olan Tahirə xanım Əkbərova Qızıl Xac/Aypara Hərəkatına dair həyata keçirdikləri fəaliyyətlərdə uğurlu təcrübələr barədə fərəhlə söyləyib, təltif olunan Fəxri Fərmanlar, Medal və nişanları, iştirak etdikləri tədbirlərdən olan fotoşəkilləri nümayiş edib, onlara qiymət və dəstək verən rəhbər və alimləri xoş sözlərlə yada saldı. Görüş zamanı Tahirə xanım könüllülərə Azərbaycan Qızıl Aypara Cəmiyyətini, ümumilikdə, Beynəlxal Qızıl Xaç/Aypara Hərəkatını çox sevdiyini və bu hərəkata daim sadıq olduğunu xüsusi vurğulayaraq, onlara da sadiq, işini sevən könüllü olmağı tövsiyyə etdi. Tahirə xanım könüllülərə öz işində humanistliyə, mərhəmətə önəm verib, fəal iştirak etdini söyləmişdir. Kənarə: “Tahirə xanımla ilk dəfədir ki görüşürəm. Onun hem səmimi söhbəti, həm də keçmişdə göstərdiyi fəaliyyet biz gənclər üçün bir örnəkdir. Bir neçə saat olsa belə, bu insanla vaxt keçirmeyim, mənim apardığım könnüllü işlərimə yeni rəng qatdı və məndə bir çox şeylər barədə yeni düşüncələrə səbəb oldu. Görüşü təşkil etdiyi üçün Mətanət Qaraxanovaya təşəkkürümü bildirirəm”.