Azərbaycan Qızıl Aypara Cəmiyyəti və TİSA (AzərbaycanBeynəlxalq məktəb) ilə əməkdaşlığımız davamı olaraq 11 dekabr 2017 ci il tarixində TİSA-da tədbir baş tutdu.Humanitar missiyamızda daima sıx əməkdaşlıq edən adı gedən Azərbaycan Beynəlxalq məktəb rəhbərliyinin dəvəti ilə tədbir keçirildi.Humanitar missiyamızda yaxından fəallıq göstərdiyi bəzi tələbələr AzQAC-nin təqdim etdiyi təşəkkürnamələrlə təltif olundular.Tədbirdə AzQAC-nin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov və Binəqədi rayon bölməsinin sədri Afət Quliyeva həmçinin TİSA-nin bütün müəllim tələbə kollektivi iştirak edirdilər.
Tədbirdə AzQAC-ti ilə TiSA arasında humanitar sahədə davam edən prezentasiya təqdim edildi.Söz alan AzQAC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri SeymurHümbətov AzQAC-nin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun salamlarını çatdıraraq qarşılıqlı əməkdaşlıqdan söz açdı və rəhbərliyə öz minnətdarlığını bildirdi.