Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə 13-14 dekabr 2017-ci il tarixlərdə Mingəçevir şəhəri, “River Side” oteldə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin Beynəlxalq Humanitar Hüququn (BHH) və Fundamental prinsiplərin yayımı sahəsində növbəti seminar keçirilmişdir. Seminarın məqsədi AzQAC-ın Mingəçevir RM-ə daxil olan rayon bölmələrinin sədrlərinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Hərəkat) tarixi, məqsədi, fəaliyyətləri, fundamental prinsiplərin yaranma tarixi və s. haqqında məlumatlarının yenidən öyrədilməsi olmuşdur. Sədrlərin bu sahədəki biliklərinin artırılması ona imkan verir ki, onlar da öz növbəsində çalışdıqları ərazilərdə Hərəkatın məqsədi və fəaliyyətləri barədə əhali arasında təkmilləşdirilmiş formada yayım işini apara bilsinlər.
Seminarda AzQAC-ın Mingəçevir RM-ə daxil olan 11 rayonun bölmə sədrləri, İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, BHH və Fundamental prinsiplərin Yayımı sektorunun rəhbəri Xalid Xəlilov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova və Əməkdaşlıq üzrə məsul şəxs Rasim Allazov iştirak etmişdilər.
AzQAC-ın əməkdaşları çıxışları zamanı öz rayon bölmələrində gördükləri işləri bir-biriləri ilə bölüşmüşdülər. Həmçinin, BQXK-nın əməkdaşları da onlara bu sahədə əldə etdikləri təcrübələrdən və ediləcək işlərin hansı istiqamətdə edildiyi təqdirdə daha da effektli olacağından bəhs etmişdilər. Daha sonra bu sahədə müzakirələr aparılmış, təkliflər dinlənilmiş və tövsiyyələr verilmişdir.