Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Avstriya Qızıl Xaç Cəmiyyətinin və Avstriya İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində İsmayıllı rayonunun Sumağallı kəndini iki hissəyə bölən çayın üzərindən tikilən körpünün 2017-ci il dekabr ayının 22-də açılışı keçirilmişdir.
Tədbiri ön sözü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov açmış, görülən işin əhəmiyyəti haqqında tədbir iştrakçılarını ətraflı məlumatlandırmışdır.
Daha Sonra İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı birinci müavini, İsmayıllı rayonunun fövqəladə hallar komissiyasının sədri cənab Rövşən Ağayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi başda olmağla onun bütün kollektivinə görülən bu xeyirxah təşəbbüsə görə minnətdarlığını bildirmişdir.
Tədbirdə rayon içtimayyəti, ziyallıları və ağsaqqallar da iştrak etmişlər. Tədbirdə iştrak edən Sumağallı kənd icması bu cür layihələrin keçirilməsindən razılığını bildirərək gələcəkdə də davamlı olmağını arzu etmişlər.
Tədbir kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.