Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə razılaşmaya əsasən Respublikanın bütün təhsil müəsissələrində “İnsan Alverinə Qarşı Mübarizə”mövzusunda marifləndirici seminarlar kecirilir.Bu seminarlar Sumqayıt təhsil müəssisələrində də AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən də kecirilir.17 yanvar 2018-ci ildə AzQAC Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 14 saylı orta məktəbdə “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, 14 saylı orta məktəbin müəllim və şagird heyəti, bölmənin fəal könüllüləri iştirak edirdi. Tədbiri giriş sözü ilə bölmənin sədri Mətanət Məhərrəmova acaraq, mövzu barədə qısa məlumat verərək, mövzunun mahiyyəti, göstərilən əsas xidmətlər və bu xidmətlərin göstərilmə səbəbləri haqqında danışdı. Daha sonra söz QAC Sumqayıt şəhər bölməsinin könüllüsü Gülnar Tanrıverdiyevaya verildi. Gülnar Tanrıverdiyeva hazırlanmış slayd əsasında “Kimlər insan alverinin qurbanı ola bilər?”, “İnsan alverinin qurbanı olmamaq üçün nələrə diqqət edilməyinin yolları” barədə ətraflı məlumat verdi. Mövzuya həsr olunmuş videoçarxlar nümayiş olunaraq,şagirdlərlə müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı. Sonda könüllülər mövzu barədə hazırlanmış bukletləri şagirdlərə payladılar.