Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya idarəsi və Az.respublikası Qızıl Aypara Cəmiyyəti ilə birgə razılaşmaya əsasən Respublikanın bütün təhsil müəsissələrində “İnsan Alverinə Qarşı Mübarizə”mövzusunda maarifləndirici seminarlar kecirilir.Bu seminarlar Sumqayıt təhsil müəssisələrində də AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən də kecirilir.19 yanvar 2018-ci ildə QAC Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 2 saylı orta məktəbdə “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, 2 saylı orta məktəbin müəllim və şagird heyəti, bölmənin fəal könüllüləri iştirak edirdi. Tədbiri giriş sözü ilə AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova açaraq mövzu barədə qısa məlumat verdi, mövzunun mahiyyəti, göstərilən əsas xidmətlər və bu xidmətlərin göstərilmə səbəbləri haqqında danışdı. Daha sonra söz AzQAC Sumqayıt şəhər bölməsinin təlimatcısı Mərziyyə Məmmədliyə verildi.Mərziyyə Məmmədli hazırlanmış slayd əsasında “Kimlər insan alverinin qurbanı ola bilər?”, “İnsan alverinin qurbanı olmamaq üçün nələrə diqqət edilməyinin yolları” barədə prezentasiya etdi. Mövzuya həsr olunmuş videoçarxlar nümayiş olunaraq,şagirdlərlə müzakirə aparıldı və onları maraqlandıran suallar cavablandırıldı. Sonda isə könüllülər mövzu barədə hazırlanmış bukletləri şagirdlərə payladılar.