2015 ci il iyul ayının 18-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Nizami rayon bölməsinin təşəbbüsü və “FUNDA” klinikasının dəstəyi ilə Ramazan Bayramı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəznində olan Şağan qəsəbəsində yerləşən əqli və fiziki qüsurlu uşaqlar üçün 3 saylı internat evində xeyriyyə tədbiri keçirilmişdir. “Funda” klinikasının 9 nəfərdən ibarət və müxtəlif sahələri əhatə edən həkim heyyəti, AzQAC Baş Qərargahının və Nizami rayon bölməsinin nümayəndə heyyəti (rəhbərlik, işçilər, könüllülər) tərəfindən qeyd olunan İnternat evində xəstə uşaqların tibbi müayinədən keçirilməsi təmin edilmişdir.
Qeyd etmək lazımdır ki, İnternat evinin rəhbərliyi başda internatın direktoru Sevinc xanım Məlikova olmaqla və işçi heyyəti tədbirin təşkilində və keçirilməsində yaxından köməklik göstərmiş və lazımı şərait yaratmışlar. Bunun üçün AzQAC-nın rəhbərliyi, “FUNDA” klinikasının həkim heyyəti adından onlara təşəkkürlər bildirilmiş və xeyirxah işlərində müvəfəqiyyətlər arzulanmışdır. Sevinc xanım öz növbəsində bütün kollektivin adından həm AzQAC-nin “FUNDA” klinikasına belə bir tədbirin həyata keçirilməsinə görə öz dərin minnətdarlığını bildirdi.
Tədbir internat uşaqlarının öz fəaliyyətindən ibarət olan musiqili proqramı və AzQAC-nin tərəfindən aparılmış hədiyyələrin paylanılması ilə başa çatmışdır.