2015-ci il iyulun 16-da Müqəddəs Ramazan bayramı münasibətilə Yasamal rayon bölməsində bayram sovqatları paylanılmışdır.“Rahat” supermarketlər şəbəkəsi tərəfindən 100 nəfər kimsəsiz, aztəminatlı ailəyə ərzaq bağlaması verilmişdir. Aypara Cəmiyyətinin Təşkilat idarəsinin rəsi,Vitse-prezidenti Əziz Qocayev açılış çıxışı edərək Ramazan bayramı münasibətilə onları təbrik etmişdir.Kimsəsiz və aztəminatlı ailələrin Ramazan ayında sevindirilməsinə və qayğıya görə “Rahat” supermarketlər şəbəkəsinin rəhbərliyinə dərin təşəkkürü ifadə olunmuşdur.Tədbirdə həmçinin,Regional Mərkəz və Yerli Bölmələrlə iş şöbəsinin müdiri Ağayar Hüseynov,Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev,Yasamal rayon bölməsinin sədri Şahin Hüseynov və“Rahat” supermarketlər şəbəkəsinin məsul işçiləri iştirak etmişdir.