27 fevral 2018-ci il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF və ya Beynəlxalq Federasiya) Avropa Zona Ofisinin direktoru cənab Simon Missiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) qonağı oldu. Qeyd etmək lazımdır ki, cənab Simon Missiri, AzQAC prezidenti, millət vəkili cənab Novruz Aslanovun dəvəti ilə 28 fevral 2018-ci il tarixində Bakı şəhərində keçirilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV Baş məçlisində iştrak etmək üçün səfər etmişdir.
Görüşdə Novruz Aslanov Simon Missiriri salamlamış, gonağı Azərbacyanda və Milli Cəmiyyətdə bir daha görməyinə şad olduğunu bildirmişdi. Baş tutan görüş zamanı AzQAC ilə Beynəlxalq Federasiya arasında uzun illərdən bəri mövcud olan əməkdaşlıq və tərəfdaşlıq münasibətləri, bu əməkdaşlıq çərçivəsində görülən işlər və gələcək perspektivlər müzakirə olunmuşdur.
Cənab Simon Missiri ilk öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentinə onu Azərbaycana dəvət etdiyinə görə öz təşəkkürünü bildirmişdir. O, qarşılıqlı əməkdaşlığın davamlı olmasına və gələcəkdə daha möhkəmləndirilməsinə əmin olduğunu vurğulamışdır.
Eyni zamanda cənab Simon Missiri ölkəyə yenidən səfər etdiyindən şad olduğunu və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən AzQAC-a hər zaman olduğu kimi lazımi köməkliyin göstərilməsinə hazır olduqlarını bildirmişdir.