Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən 2015-ci ilin dekabr ayından etibarən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin ikinçi mərhələsinin yerinə yetirilməsinə başlanmışdır. Qeyd etmək lazımdır ki, bu layihə İsmayıllı və Qusar rayonlarının kəndlərində aparılır.
Layihənin əsəs məqsədi İsmayıllı və Qusar rayonlarında şəhər və kənd icmalarının yaradılması və onların vasitəsi ilə fövqəladə hallara hazırlıq və cavabvermə sahəsində həmin şəhərlərdə və kəndlərdə potensialın gucləndirilməsi və əhalinin maarifləndirilməsidir.
“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində 2018-ci il fevral ayının 6-da İsmayıllı rayonunun Tircan kənd orta ümumtəhsil məktəbində, rayonun Mülki müdafiə Planına uyğun olaraq, Ismayıllı rayon İcra Hakimiyyətinin dəstəyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə Təxliyyə, Axtarış, Xilasetmə və İlk yardıma dair simulyasiya tədbiri keçirilmişdir. Qeyd etmək lazımdır ki, həmin tədbirdə təcrübə mübadiləsi çərçivəsində AzQAC Qusar rayon bölməsinin sədri və Qusar rayonunun Əniq və Kuzun kənd icma nümayəndələri də iştrak etmiş, öz tövsiyələri və bilik bacarıqları ilə tədbir iştrakşıları arasında bölüşmüşlər.
Simulyasiya planına uyğun olaraq şagirdlər həyəcan siqnalından sonra məktəb binasından təxliyyə edilmişdir. Şərti xəsarət alan şagirdlərə ilk yardım və psixoloji dəstək göstərilmişdir. Binanı tərk edə bilməyən şagirdlər isə FHN-nin əməkdaşları tərəfindən xilas edilmişdir.
Tədbirdə “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin Koordinatoru və meneceri, AzQAC Sumgayit Regional Mərkəzinin Kordinatoru , AzQAC Qusar rayon bölməsinin sədri və Qusar rayonun Əniq və Kuzun kəndlərin icma üzvləri, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Səhiyyə Nazirliyinin nümayəndələri iştirak etmişlər.
Təlimin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilmiş, ən fəal şagirdlərə hədiyyələr və təşəkkürnamələr paylanılmışdır.
Həmçinin, 2018-ci il mart ayının 7-də İsmayıllı rayonu Sumağallı kənd icması ilə görüş keçirilmişdir. Görüş zamanı layihə çərçivəsində görülən işlər haqqında fikir mübadiləsi aparılmış, icma öz təcrübəsi barədə tədbir iştrakçılarını məlumatlandırılmışdır.