Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyatında olan 15 nəfər daha ehtiyaclı ahıllara qurban əti paylanıldı.AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova öz adından və yardım alan ehtiyaclı ahıllar adınan xeyirxah insana minnətdarlığını bildirdi.Ahıllar da öz növbələrində mütəmadi olaraq diqqət və qayğı göstərən insana öz təşəkkürlərini bildirdilər. Bizdə öz növbəmizdə deyirik: Allah əvəzini versin! Digər insanları da belə xeyirxah işlər görməyə səsləyirik.