Suraxanı rayon bölməsi Novruz bayramı münasibəti ilə qeydiyyatında olan 50 nəfər tənha qocalara,aztəminatlı ailələrə, əlillərə, “Novruz”sovqatı payladı.Suraxanı rayon bölməsinin sədri Turan Hüseynova çıxış edərək tədbir iştirakçılarını “Novruz” bayramı münasibəti ilə təbrik etdi. Yardım alan insanlar onlara göstərilən qayğıya,mənəvi dayağa görə Aypara Cəmiyyətinə, Suraxanı rayon bölməsinin sədri Turan xanıma öz minnətdarlıqlarını bildiriblər.