P1060261

AzQAC –inTərtər rayon bölməsində qadın sağlamlığı devizi altında seminar keçirildi

AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində  ölkənin şəhər və rayonlarında yerli  bölmələrinin işçi və könüllüləri vasitəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan “Ana və uşağın” sağlamlığına dair proqramlarına yardımçı olaraq, icmalarda geniş səhiyyə maarifi işi həyata keçirilir. Belə ki, iyul ayının 20-də AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən, rayonun Hacıqərvənd kəndində yerləşən tibb məntəqəsində qadın sağlamlığı ilə bağlı seminar təşkil olunmuşdur. Seminara 35 nəfər qadın və tibb məntəqənin əməkdaşları cəlb olunmuşlar. M.Qaraxanova seminar iştirakçılarına qadın sağlamlığı və ana südü ilə bağlı vacib olan məlumatları çatdırdı. Seminarda iştirakçılar arasında bilik səviyyəsinin öyrənilməsi məqsədilə aparılan sorğudan məlum oldu ki, qadınlar öz sağlamlıqları barədə mütəmadi olaraq məlumatları əldə edir, vaxtında müayinə olunur və yeni doğulmuş uşaqların ana südü ilə qidalanmasına üstünlük verirlər.

Seminardan sonra AzQAC Tərtər Rayon Bölməsinin sədri Etibar Heydərov və bölmənin könüllülərin iştirakı ilə kənd tibb məntəqəsinin aparıcı həkim-pediatrı Məhəbbət Həsənova ilə görüş keçirildi. Görüşdə iştirak edən M.Qaraxanova AzQAC-in  icmaya əsaslanan səhiyyə sahəsində aparılan fəaliyyətlərinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə imzalandığı əməkdaşlıq memorandumun əsasında həyata keçirilməsi haqqında məqamları vurğulayaraq,  Cəmiyyətin hal-hazırda həyata keçirdiyi fəaliyyətləri barədə geniş məlumat təqdim etdi.Məntəqənin həkimi isə seminarların kənd sakinlərinin maarifləndirilməsi  üçün vacib olduğunu vurğuladı və seminarın təşkil edilməsinə görə AzQAC-in nümayyəndələrinə təşəkkürünü bildirdi. O, kənd tibb məntəqənin əhalinin sağlamlığının qorunması ilə bağlı həyata keçirdiyi fəaliyyətlər barədə də məlumatları qeyd etdi. Məhəbbət xanımın verdiyi məlumatlara əsasən kənd məntəqəsinin işçiləri kənd sakinləri arasında  ev-ev gəzib,  səhiyyə maarifi işini  aparılmasına baxmayaraq,  maarifləndirici tədbirlərin keçirilməsinə böyük ehtiyacın olmasını vurğuladı. Buna görə o, M.Qaraxanova və E.Heydərovdan kəndlərdə nəinki səhiyyə, eləcə də digər mövzularla bağlı, xüsusi ilə, gənclər arasında təbliğat yönümlü fəaliyyətlərinin geniş şəkildə aparılmasını xahiş etdi.P1060241 P1060247 P1060254 P1060260 P1060261 P1060268

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.