Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Milli Məclisin deputat cənab Novruz Aslanov iyulun 16-da Dövlət Miqrasiya Xidməti yanında yaradılmış İctimai Şuraya seçilmiş üzvlərilə görüş keçirib. Görüşdə N.Aslanov AzQAC- haqqında görüş iştirakçılarına ətraflı məlumatlar verib və İctimai Şuranın üzvlərini təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov şuranın gələcək planları, xidmətin ictimaiyyətlə əlaqələri, qeyri hökumət təşkilatları ilə əməkdaşlığı istiqamətində atılan addımları, barəsində söhbət açdı.
Görüşün sonundaAzQAC-nin prezidenti Novruz Aslanov İctimai Şuranın bu məsuliyyətli işlərində uğurlar arzulayıb və onların aktiv fəaliyyət göstərmələrinin zərururiliyini bir daha diqqətə çatdırıb.
Məlumat üçün nəzərinizə çatdırırıq ki, Dövlət Miqrasiya Xidməti yanında yaradılmış İctimai Suranın 5 üzvü var və AzQAC-ın Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov üzvlərdən biri və eyni zamanda İctimai Şuranın Katibi seçilmişdir.