Öz missiyasına uyğun olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti daim tənha və kimsəsiz ailələri öz diqqət və qayğısında saxlıyıb. Bu cür aksiyalardan biri Pirallahı rayonunda baş tutdu. Belə ki, 28 mart 2018-ci il tarixində tənha, kimsəsiz insanlarla görüş keçirildi. Tədbir zamanı Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova Çumarina Gülsüm Valeyevna, Xnikina Manya İvanovna, Avramenko Svetlana İvanovna, Fikradinov Ramis Rəhimcan oğlu ilə görüş zamanı onların gündəlik qayğıları ilə maraqlanıb problemlərinin həllində imkan daxilində yardımçı olacağını bildirdi və humanitar yardım edildi.Humanitar aksiyada çəkilişə öz dəstəyini göstərən “Mir Tv” telekanalının rəhbərliyinə öz dərin təşəkkürünü çatdırıb.