2 may 2018-ci il tarixində Qazaxıstanın Almata şəhərində 10-cu Avropa Regional Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Konfransı öz fəaliyyətinə başladı. Konfransı giriş sözü ilə Avropa Regionu üzrə Vitse-Prezident cənab Kınık açılış etdi. Konfrans iştirakçılarının nəzərinə 3 – 6 iyun 2014-cü il Florensiyada keçirilmiş “Fəaliyyətə çağırış” adlı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin 9-cu Avropa Regional Konfransının hesabatının, 28-30 Aprel 2018-ci ildə Bişkek, Qırğızıstanda keçirilmiş Qızıl Xaç Qızıl Aypara Cəmiyyətlərinin XXIII Avropa üzrə Gənclərin Əməkdaşlıq Yığıncağından Gənclər Bəyannaməsinin, Konfrans zamanı istifadə olunan mövzulara dair keçirilmiş ilkin qiymətləndirmə hesabatının təqdimatı olundu.
Daha sonra “Milli Cəmiyyətlərin təqdim olunması və yerli kontekstə uyğunluğu” istiqamətində Federasiyanın Avropa Regionu üzrə Ofisinin Rəhbəri cənab Simon Missiri tərəfindən panel müzakirələrinin idarə olunması haqqında konfrans iştirakçılarına məlumat verildi.
Mövzuya uyğun olaraq Milli Cəmiyyətin təqdim olunması və yerli kontekstə uyğunluğu,daxili resursların səfərbər edilməsinin gücləndirilməsi, Könüllülük və Gənclik, icmalarda hesabatlıq və qoşulma kimi məsələlər müzakirə olundu.
10-cu Avropa Regional Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Konfransında Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Dr. Novruz Aslanov və İcraçı Katibin müavini Şaban Şayev təmsil edirdilər.
10-cu Beynəlxalq konfrans 3-4 may 2018-ci il tarixlərinədək davam edəcək.