27 aprel 2018-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Qan ver yaşat!” devizi altında növbəti qanvermə aksiyası kecirildi. Ənənəvi aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilib.
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova,bölmənin əməkdaşları,Sumqayıt Dövlət Universitetinin prorek-torları, fakultə dekanları həmçinin müəllim heyəti keçirilən qanvermə aksiyasında fəal iştirak edərək universitetin tələbələrinə nümunə olublar.
Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları ilk olaraq donorların sağlamlıq vəziyyətini müəyyən ediblər. Qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib və onların hər biri qeydiyyata alınıb. Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin işçi heyəti, o cümlədən könüllüləri qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib aksiyada fəal iştirak ediblər. Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun Qan Bankının əməkdaşları tərəfindən kecirilən aksiyaya 500-dən çox müəllim,tələbə və könüllülər qatılmışdı.