2018-ci il may ayının 30-dan iyun ayının 5 tarixlərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyin başçısı Max Santnerin Azərbaycana növbəti səfəri həyata keçirildi.
Programa əsasən cənab Santnerin birinci görüşü Azəzrbaycan Qızıl Aypara Cəmiyyətinin Naxçıvan Muxtar Respublikasının Komitəsində planlaşdırılırmışdı. Məqsəd komitənin fəaliyyəti ilə tanışlıq, onun maddi-texniki bazasının və ümumi fəaliyyətinin qiymətləndirilməsi, zəruri dəstəklə bağlı gələcək addımların müəyyən edilməsindən ibarət olacaqdır.
Səfər zamanı cənab Max Santnerin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslanovla görüşü baş tutdu. Görüş zamanı bir sıra məsələlərin o cümlədən gələcək fəaliyyətlərin və görüşlərin müzakirəsindən danışıldı. Eyni zamanda qarşılıqlı əməkdaşlıq çərçivəsində humanitar sahədə gələcək fəaliyyətlərin müzakirə olunmasına dair cənab Max Santnerin Xarici İşlər Nazirliyin məsul şəxsləri ilə planlaşdırılan digər görüş keçiirldi.
Digər planlaşdırılmış fəaliyyət 05 İyun2018 cil il tarıxındə Qızıl Xaç və Qızıl Aypara hərəkatının tərkib hissəsi olan Beynəlxalq Federasiya, Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin heyyətindən tərtib olunmuş İşçi Qrupun rəsmi görüşüdür. Görüşün əsas məqsədi Hərəkat daxili Əməkdaşlıq və Koordinasiyanın Gücləndirilməsi (SMCC) prosesinin, SMCC vasitələrinin, Hərəkatın Ölkə Planı, Fövqəladə Planın ətrafında mövcud sənədlərin və istədiyimizə və əldə edə biləcəyimizə dair dərin ümumi anlayışın yaradılmasıdır.