Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən Müqəddəs Ramazan günləri münasibəti ilə AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 35 nəfər daha ehtiyaclı ahıla ərzaq yardımı və qurban əti paylanıldı. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova humanitar yardım alan ehtiyaclı ahıllar adından xeyrixah insana minnətdarlığını bildirdi.Ahıllar da öz növbələrində onlara göstərilən diqqət və qayğı ücün mərhəmətli insana öz xeyir-dualarını bildirdilər.Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə yardımlar bölmənin könüllü heyəti tərəfindən evlərində çatdırıldı.