Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları 2015 iyulun 28-31-də Türiyənin paytaxtı Ankara yola düşdü.
Səfərin məqsədi 2 qardaş ölkənin Milli Qızıl Aypara Cəmiyyətləri arasında əməkdaşlığı davam etdirilməsi olmuşdur.Belə ki, AzQAC-nin əməkdaşları ilə Türkiyə Qızıl Ayın rəsmiləri arasında görüş baş tutmuşdur. Səfərin əsas məqsədi Fəlakətlərə Hazırlıq və Cavabvermə Planı üzrə 2 günlük seminarda iştirakıdır. Seminarın ilk günündə AFOM-un rəhbəri Əli bəy öz fəaliyyətləri ilə bağlı qısaca iştirakçıları məlumatlandırdı.Bildirdi ki, burada 9 bölgə 25 mərkəz fəaliyyət gösterir və 300 nəfərə yaxın personal çalışır. Ehtiyyatda 250 min nəfərə kifayət edəcək 50 minə yaxın çadır var. Qisaca AFOM haqqında və Türkiyə Qızıl Ay Cəmiyyəti tərkibində olaraq gördüyü işlər barəsində məlumat verən Əli bəy çıxışın sonunda bir çox proseslər ilə qarşılıqlı işləməyin vacibliyindən və əhəmiyyətindən danışdı.
Daha sonra AzQAC-nin vitse-prezidenti Qafar Əsgərzadə öz növbəsində Türkiyə Qızıl Ayının rəhbərliyinə və əməkdaşlarına AzQAC-nin prezidenti Dr. Novruz Aslanovun salamlarını çatdırdı.Bildirdi ki, bu seminar AzQAC-nin əməkdaşları üçün çox vacib və əhəmiyyətlidir.
Daha sonra baş vermiş hər hansı bir fövqaladə hal zamanı operativ olaraq məlumatın əldə olunması üçün həmin bölgə ilə digər bölgələr arasında qurulacaq əlaqə vasitələri ilə tanış edildi. Daha sonra müasir texniki kommunikasiya ilə təchiz olunmuş Qızıl Aya məxsus nəqliyyat vasitəsi ilə taniş edildi. Sonra ayri-ayri ekspertlər tərəfindən Fəlakətlərə Hazırlıq üzrə ayrı ayrı ekspertler tərəfinnən seminarlar keçirildi. Səfər zamanı AzQAC-nin vitse-prezidenti Qafar Əsgərzadə başda olmaqla Türkiyə Qıızl Ayının Baş Katibi Məhmıt Güllüoğlu ilə ikitərəfli rəsmi görüş olmuşdur.Görüş zamanı əməkdaşlığın prespektivləri müzakirə olundu.
Sonda Türk Kızıl Ayının Ankara şöbəsində AzQAC-nin əməkdaşları görüşdə oldu. Görüş əsnasında hər iki Milli Cəmiyyıətin əməkdaşları qarşılıqlı biliklərini bölüşdülər.