23.07.2018 ci il tarixində AzQAC-nin Baş ofisində tərəfdaş rəsmiləri ilə görüş baş tutdu.Görüşü AzQAC-nin vitse-prezidenti Qafar Əsgərzadə açaraq Milli Cəmiyyətə təşrif buyurmuş qonaqları Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov adından salamladı.Qısaca olaraq Milli cəmiyyət haqqında məlumat verən Qafar Əsgərzadə Milli Cəmiyyətin strategiyasından fəaliyyət istiqamətlərindən söz açdı.
Xüsusən, qeyd olundu ki, Milli Cəmiyyətin maliyyə bazası olmadan lazımı səviyyədə humanitar aksiyalar həyata keçirə bilməz. odur ki, fondların artırılması sahəsində AzQAC-nə göstərilən dəstəyə görə tərəfdaş marketlər şəbəkəsinin rəhbərlərinə təşəkkür ifadə olundu.
100 İlliyini qeyd etməyə hazırlaşan AzQAC yeganə və nəhəng humanitar təşkilatdır ki, dövlət dəstəyindən bəhrələnir.Bir çox nazirliklə anlaşma memorandumundan söz açıldı. Bu memoranduma əsasən, AzQAC-nin öhdəlikləri qeyd olundu.
Daha sonra Milli Cəmiyyətin fəaliyyət istiqamətlərini əks etdirən video-çarx görüş iştirakçılarına nümayiş olundu.
Sonra tədbiri çıxış nitqi ilə AzQAC-nin vitse-prezidenti Rövşən Əliyev Milli Cəmiyyətin beynəlxalq aləmdə olan əlaqələrindən söz açdı.Natiq bildirdi ki,
AzQAC Suriya,Türkiyə, Ukrayna, Belarusiya, İraq kimi Milli Cəmiyyətlərə Humanitar yardım edərək MDB məkanında bir donor Milli Cəmiyyətinə çevrilmişdir.
Daha sonra söz cəmiyyətin icraçı katibi Ceyhun Mirzəyevə verildi. Oda öz növbəsində tərəfdaşlar təşkilatlarla gələcək əməkdaşlığın perispektivlərindən söz açdı.
Daha sonra söz tədbirə təşrif buyurmuş tədbir iştirakçılarına verildi.Onlar da dəvətə görə Cəmiyyətin rəhbərliynə öz təşəkkürlərini bildirdilər və bundan sonra da qarşılıqlı şəkildə əməkdaşlıq etməklərində maraqlı olduqlarını bildirdilər.
Tədbirdə Bazarstore market, Bolmart market, Neptun market, Araz market, Fresco, İdeal, Megastore market, Rahat market, Burger King kimi tərəfdaşların rəsmiləri iştirak edirdilər.