Hörmətli Dr Novruz,
Fürsətdən istifadə edərək İtalya Qızıl Xaç Cəmiyyətinin 154-cü ildönümü ilə əlaqədar ünvanladığınız təbrik məktubuna görə Sizə səmimi təşəkkürlərimi çatdırıram. Şəxsən Sizə, eləcə də bütün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektiv və könüllülərinə göstərdiyiniz dəstəyə görə minnətdarlımı bildirmək istəyirəm.
Dünyanın ən böyük humanitar təşkilatı olan Hərəkatımızın gücü, çətinliklərə və böhrana effektiv və vaxtında cavab vermək üçün gücümüzü və resurslarımızı bir araya gətirməklə davamlı göstərdiyimiz səylərimizdir. Dostluq və əməkdaşlıq hər zaman önəmlidir və Sizin səmimi arzularınız da bizim üçün çox dəyərlidir.
Bir daha Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İtaliya Qızıl Xaç Cəmiyyətinə göstərdiyi hər bir dəstəyə görə minnətdarlığımızı bildirir və bu münasibətlə Milli Cəmiyyətinizə və bütünlükdə Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.
Cəmiyyətlərimiz arasında əməkdaşlıq və dostluq münasibətlərimizin növbəti illərdə də uğurla davam edəcəyini səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Francesco Rocca
Beynəlxlalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti,
İtaliya Qızıl Xaç Cəmiyyətinin prezidenti