Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində bu gün Sumqayıt Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Mübadilə Proqramıda üzrə könüllülər arasında keçirilən Voleybol çempionatı uğurla yekunlaşdı.
Məlumat üçün qeyd edək ki,çempionatda müxtəlif sahədə fəaliyyət göstərən könüllü komandalar təmsil olundu.
Tədbir dövlət himnin səsləndirilməsi ilə başlanılmışdır.
Tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov iştirakçıları salamlayaraq, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli respublika, demokratik, dünyəvi dövlət nümunəsi olmaqla yanaşı, dövlətçilik tariximizin yadda qalan mərhələlərindən olduğunu qeyd etmişdir. 23 ay çətin ictimai-siyasi şəraitdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin Sovet hakimiyyətinin qurulması ilə süquta uğramasına baxmayaraq, xalqımız azadlıq mübarizəsindən geri çəkilmədi. 1991-ci ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ikinci dəfə dövlət müstəqilliyimizi bərpa etdi və qorunub saxlanılmasında, dövlətimizin möhkəmlənməsində, dünyaya tanınmasında misilsiz xidmət göstərdi. Bu gün isə bu siyasət ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Daha sonra Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır. Qeyd olundu ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarının möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkili və həmçinin fiziki potensialının üzə çıxarılmasıdır.
Yarışda ümumilikdə 8 komanda və hər komandadan 7 nəfər olmaqla 56 gənc qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə Sumqayıt Qızıl Aypara 2, II yerə Qızıl Aypara 1 və III yerə isə Sumqayıt Asan Xidmət Mərkəzinin “Mübariz” adlı komandası layiq görülmüşdür.
Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, medal, fəxri fərmanları və I yeri tutan komandanın üzvləri xatirə hədiyyəsi ilə təltif edilmişdir.
Bütün iştirakçıları və qalibləri təbrik edirik!