Azərbaycan Qızıl Aypara Cəmiyyəti uzun illərdir ənənəvi qaydada, xüsusilə də, qaçqın və məcburi köçkünlərə humanitar yardımlar edir. Artıq 6-cı ildir ki, AzQAC –ın dəstəyi ilə Azərbaycanda daimi və ya müvəqqəti sığınacaq tapmış əcnəbi qaçqın və miqrantlara BMT təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) təmənnasız Azərbaycan dili kursu açmışdır. Cəmiyyətin Miqrasiya, Humanitar yardım, Saglamlıq və Qayğı, Gənclər və Könüllülər şğbələrinin əməkdaşları mütəmadi olaraq miqrantlarla görüşür və onlara humanitar yardımlar edir (ərzaq,isti paltar və ev əşyaları), ilk yardım təlimləri, sağlam həyat tərzi üzrə maarifləndirmə sessiyaları və s. təşkil edirlər.
20 sentyabr 2018-ci ildə Misirdən gəlmiş miqrant ailəsi, ana- Louka Fateh Fahim Vadea və 12 yaşlı qızı Jospine Aynan Farouk Elsayed Aypara Cəmiyyətinə yardım üçün müraciət etmiş və ağır vəziyyətdə olan ailəyə ilkin yardım göstərilmişdir. Sonra Humanitar yardım və Miqrasiya şöbəsi müraciəti ətraflı müzakirə edərək, 27 sentyabrda rəhbərliyin diqqət və qayğısı sayəsində ayrılmış məişət əşyaları, yataq dəstləri və geyim əşyalarından ibarət humanitar yardımın miqrantın yaşadığı yerə aparılmasına qərar vermişdir. Miqrasiya şöbəsinin müdiri, Azərbaycan Dövlət Miqrasiya Xidməti İdarəsi yanında İctimai Şuranın üzvü Məmməd Kətanov və Maliyyə şöbəsinin təchizat sektorunun rəhbəri Renat Vəliyev vasitəsilə bağlamalar ehtiyaclı ailəyə verilərək onları çox sevindirmişdir. Misirli ana bu isti münasibətdən çox mütəəssir olmuş və bu çətin günlərində onlara dayaq duran Cəmiyyətin rəhbərliyinə və kollektivinə sonsuz təşəkkürlərini bildirmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti hər zaman daxili imkanları və insanpərvərlik hisslərini səfərbər edərək ehtiyaclı insanların yanındadır!!!