Bu gün Beynəlxalq Qızıl Xac Komitəsinin və Az.QAC-in Baş irarəsinin əməkdaşları AzQAC-nin Sumqayıt şəhər bölməsinin qonağı olmuşdular. Görüşdə Beynəlxalq Qızıl Xac Komitəsinin əməkdaşları Əziz Səid Şah Abdul, Lyudmila Şepelyova,Rasim Allazov,Nigar Rüstəmzadə və həmcinin Az.QAC Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi-İran və fondların artırılması ,ilk yardım üzrə sektor rəhbəri Eldar Rəsulovvə Sumqayıt şəhər bölməsinin əməkdaşları və Çevik Mobil Dəstə könüllüləri iştirak etmişdir . Görüşün məqsədi mövcud Mobil Dəstənin inkişafı, genişləndirilməsi və gücləndirilməsi , bilik və bacarıqların təkmilləşdirilməsi , yaxın gələcəkdə lazımi texniki dəstəyin göstərilməsi idi. AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova iştirakcıları salamlayaraq,sözü bölmənin könüllüsü Nicat Hüseynova verdi.Nicat Hazırlanmış slayd əsasında bölmənin fəaliyyəti barədə cıxış etdi.Sonra söz Beynəlxalq Qızıl Xac Komitəsinin Azərbaycan nümayəndəliyinin məsul şəxsi Əziz Səid Şah Abdula verildi. O da ümumilikdə AzQAC-ın ayrı-ayrı bölgələrində yaradılmış Çevik Mobil Dəstələrin fəaliyyəti haqqında çıxış edərək,Sumqayıt şəhər bölməsinin Mobil Dəstəsinin daha da təkmiləşdirilməsi,və bu dəstənin Sumqayıt Regional Mərkəzinin Çevik Mobil Dəstəsi adlandırılması təklifini irəli sürdü.Çay süfrəsi ətrafında keçən səmimi görüş əsnasında könüllülər onları maraqlandıran suallara aidiyyəti şəxslər tərəfindən cavab aldılar. Maraqlı və diskusiya xarakterli görüşdən qonaqlar məmnunluqlarını bildirdilər. Sonda xatirə şəkilləri çəkildi.