DSC_0060

Ənənəvi Mərhəmətli Olmağa Tələsin Aksiyasının 2018-ci ilin qış mövsümünə start verildi

7 noyabr 2018-ci il tarixində «Azərikimya» İstehsalat Birliyi Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi ilə birgə «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyasına start vermişdir. Birliyin akt zalında keçirilən tədbirdə «Azərikimya» İB-nin struktur bölmələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov , YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri, “Qartal” Tikinti firmasının rəhbəri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Paşa Life, Paşa Həyat Sığorta, Meqa Sığorta,Azertexnolayn MMC,Karbamid zavodunun, Sumqayıtda yerləşən digər idarə, müəssisə, təşkilat, bank və şirkətlərin rəhbərləri, “Kimyaçı” poliklinikasının və özəl klinikaların baş həkimləri, “Sumqayıt” futbol klubunun nümayəndələri də daxil olmaqla – ümumilikdə 50-dən artıq qurumu təmsil edən nümayəndə iştirak etmişdir. QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmovaya verdi.O,8-ci ildir ki kecililən bu aksiya haqqında geniş cıxış edərək,öncəki illərdə fəal qatılan idarə,müəssisələrin adlarını böyük ehtiramla sadalayaraq,bu il keciriləcək aksiyanın gedişi haqda məlumat verdi.Start tədbirinin 1-ci mərhələsində qatılmaq istəyən təşkilatlara 15 gün müddətinə vaxt oldugunu və 2-ci mərhələnin dekabır ayının əvvəlində kecililəcəyini bildirdi. Sonra söz Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimova veridi.O da öz növbəsində aksiyaya ugurlar arzuladı və ümüdvar olduğunu bildirdi ki,bu il də daha cox ehtiyaclı insanlar xeyriyyə aksiyasından bəhrələnəcəklər.

Ötən illərdən fərqli olaraq, bu il yardım veriləcək insanların bir neçə kateqoriyaya bölünməsi nəzərə alınmışdır. Belə ki, bu aksiyadan hər iki valideynini itirmiş uşaqlar, əlil arabasına ehtiyacı olan insanlar və əlillər təşkilatının digər ehtiyaclı üzvləri, aztəminatlı ailələrin üzvləri, tənha və kimsəsizlər, baxıma, dəstəyə və yardıma ehtiyacı olan digər insanlar yararlana biləcəklər. Vurğulanmışdır ki, noyabrın 25-nə qədər davam edəcək aksiyada əldə olunan paltarlar, əlil arabaları və gündəlik tələbat vasitələri «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər bölməsində toplanacaq, məqsədyönlü şəkildə və aksiyayaya qoşulanların bilavasitə iştirakı ilə yekun tədbirində nəzərdə tutulmuş insanlara paylanılacaqdır. Tədbirdə iştirak edən qonaqlar çıxış edərək, bu günə qədər onların səsinə səs verərək, bu xeyirxah təşəbbüsə qoşulan və bu gün də bu missiyanı ürəklə davam etdirən idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını ifadə etmişlər.DSC_0052 DSC_0062 DSC_0076 DSC_0083 DSC_0104

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.