P1110742

AzQAC tərəfindən maarifləndirici tədbirlər davam edilir

AzQAC əmkdaşlıq  etdiyi müxtəlif dövlət və QHT-n üzvləri üçün mütəmadi şəkildə   BQXQA Hərəkatına dair maarifləndirici   tədbirləri  (görüşlər, seminar, təlim, rəsm müsabiqələri və s.) həyata keçirir. 7  ildən artıqdır ki, Cəmiyyət  Ombudsman apparatının nəzdində yaradılmış Azərbaycan Uşaq və Gənclər “Sülh” Şəbəkəsi ilə əməkdaşlıq edir. Şəbəkəyə Bakının müxtəlif məktəb və liseylərdə təhsil alan şagirdlər üzv olurlar. Əməkdaşlıq müddətində davamlı olaraq, şəbəkə üzvləri üçün  AzQAC-in miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva və “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən  müxtəlif mövzulara (sağlam həyat tərzi, qan donorluğu, uşaq hüquqları, qadın zorakılığı, miqrasiya, ekologiya, yoluxucu xəstəliklər və s.) həsr edilən maarifləndirici seminarların  keçirilməsi üçün cəlb olunur.

Belə ki, 2019-cı il 18 noyabr tarixində Şəbəkənin yeni üzvləri üçün Beynəlxalq  Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, Hərəkatın 7 Fundamental Prinsiplərinə dair seminar keçirildi. Seminarda 50 nəfərdən çox uşaq və gənclər, onların valideynləri iştirak etmişlər.  AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru M.Qaraxanova Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatı və Fundamental prinsipləri, AzQAC-n fəaliyyət istiqamətləri barədə geniş təqdimatla çıxış etmişdir. Tədbirdə iştirak edən məktəblilərdən bir çoxu, onların məktəblərində bu kimi seminarların təşkil olunmasını təklif etmişlər.P1110740

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.