Həl il dünyada 1 Dekabr Ümumdünya AİDS-lə Mübarizə Günü qeyd edilir. Bu il “İcmalarda dəyişikliyi edək” şüarı altında keçirilən sil-silə tədbirləri, bir daha hər bir insanın sağlam olmaq üçün müayinədən keçmək, İİV yoluxmanı erkən aşkarlamaq, vaxtında müalicə proqramına qatılmaq kimi məsələlərə diqqəti cəlb etmək məqsədini daşıyır.
BMT-n verdiyi məlumatlara görə, AİDS epidemiyasının başlanmasından bu günədək bir çox ölkələrdə İİV-ə yoluxan və AİDS-lə yaşayan insanların yaşamaq, sağlam olmaq haqqlarının müdafiəsi və mübarizəsi sahəsində həyata keçirilən fəaliyyətlərin nəticəsidir ki, AİDS-lə mübarizəyə yönnəldilən xidmətlər genişlənərək, təşkil olunur və xəstələr üçün bu xidmətlərin əlçatanlığı təmin edilmişdir.. 2018-ci ilin sonunda HİV-lə yaşayan 37,9 milyon insandan 79% -i müayinə olunmuş, 62% -i müalicə proqramlarına cəlb edilmiş, 53% -nda isə başqalarını yoluxma riskini azaltmışdı. Ancaq, bu infeksiyanın artması hələdə davam etməkdədir.
Bunun üçün AİDS-lə mübarizəyə yönnəldilən fəaliyyətlər güclənməli və geniş fürsət alaraq, davam etməlidir. Hər bir kəs xəstəlikdən qorunma yolları barədə məlumatlanmalı, sağlam həyat tərziyə riayət etməlidir.
Azərbaycanda hər il 1 Dekabr Ümumdünya AİDS-lə Mübarizə Gününə həsr edilən geniş tədbirlər Səhiyyə Nazirliyi AİDS-lə Mübarizə Mərkəzinin koordinasiyası ilə dövlət və QHT birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Belə ki, 1 Dekabr tarixində Səhiyyə Nazirliyi AİDS-lə Mübarizə Mərkəzi tərəfindən İİV infeksiyasının aşkarlanmasına yönnəldilən əhalinin müayinəsi Bakının ən böyük ticarət Mərkəzində “Park Bulvarda” təşkil olunmuşdur. Tədbirdə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova iştirak etmiş, ticarət mərkəzində əhali arasında maarifləndirici söhbətlər aparıb, İİV-test müayinə olunmağı təklif edirdi.
Dekabrın 2-də isə AzQAC-in Sumqayıt şəhər bölməsinin təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində digər tədbirin keçirilməsi nəzərdə tutulub.