Forumun ikinci günündə digər Milli Cəmiyyətlərin təcrübələri haqqında məlumatlar təqdim edildi. BQX/QAC Federasiyasının Avropa regionu üzrə Milli Cəmiyyətlərə dəstək üzrə koordinatoru Lilia Bilovs bütün fəaliyyətlərin həyata keçirilməsi üçün partnyorların dəstəyinin çox mühüm olduğunu qeyd etdi. Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr (SWOT) ətrafında təqdimat aparıldı. Daha sonra çıxış edən AzQAC-ın icraçı katibinin müavini Xalidə İsgəndərova qeyd etdi ki, Milli Cəmiyyət tərəfindən isti xörək layihəsi uzun illər həyata keçirilirmişdir. Həmçinin, bu layihədə 300-dən çox tibb bacıları da fəaliyyət göstərmişdir. Daha sonra bu layihələrin daxili imkanlar hesabına həyata keçirildiyini və hələ də bu fəaliyyətlərin davam etdirilməkdə olduğunu söylədi. Daha sonra qruplar üzrə işlər aparıldı. Nəticələrin qiymətləndirilməsi üzrə təlimatlar həyata keçirildi. Aidiyyatı mövzular üzrə şəhər və rayon bölmələrinin təklifləri dinlənildi. Zəif və güclü tərəflər müəyyənləşdirildi. Və zəif tərəflərin aradan qaldırılması üçün rəylər dinlənildi.Davamlılıq və dayanıqlıq üçün növbəti addımlar müəyyənləşdirildi. Daha sonra AzQAC-ın İcraçı katibinin müavini Səbinə Məhbubi İran Milli Cəmiyyətin İnkişafı planının təqdimatını etdi. Forumun bağlanış nitqi ilə çıxış edən AzQAC-ın vitse-prezidenti Əziz Qocayev Milli Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun salamlarını Forum iştirakçılarına çatdırdı. Forumun keçirilməsinin rayon və şəhər bölmələrinin inkişafına mühüm təsir göstərəcəyini bildirdi. Vitse-prezident, həmçinin, Forumun təşkil olunmasında əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirdi. Suallar cavablandırıldı. Növbəti forumun keçirilməsi üçün sorğu aparıldı və təkliflər toplanıldı.