IMG_20211124_162044

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şəhər və Rayon Bölmələrinin İnkişafı Forumun ikinci günüdür

 

Forumun ikinci günündə digər Milli Cəmiyyətlərin təcrübələri haqqında məlumatlar təqdim edildi. BQX/QAC Federasiyasının Avropa regionu üzrə Milli Cəmiyyətlərə dəstək üzrə koordinatoru Lilia Bilovs bütün fəaliyyətlərin həyata keçirilməsi üçün partnyorların dəstəyinin çox mühüm olduğunu qeyd etdi. Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr (SWOT) ətrafında təqdimat aparıldı. Daha sonra çıxış edən AzQAC-ın icraçı katibinin müavini Xalidə İsgəndərova qeyd etdi ki,  Milli Cəmiyyət tərəfindən isti xörək layihəsi uzun illər həyata keçirilirmişdir. Həmçinin, bu layihədə 300-dən çox tibb bacıları da fəaliyyət göstərmişdir. Daha sonra bu layihələrin daxili imkanlar hesabına həyata keçirildiyini  və hələ də bu fəaliyyətlərin  davam etdirilməkdə olduğunu söylədi. Daha sonra qruplar üzrə işlər aparıldı. Nəticələrin qiymətləndirilməsi  üzrə təlimatlar həyata keçirildi. Aidiyyatı mövzular üzrə şəhər və rayon bölmələrinin təklifləri dinlənildi. Zəif və güclü tərəflər müəyyənləşdirildi. Və zəif tərəflərin aradan qaldırılması üçün rəylər dinlənildi.Davamlılıq və dayanıqlıq üçün növbəti addımlar müəyyənləşdirildi. Daha sonra AzQAC-ın İcraçı katibinin müavini Səbinə Məhbubi İran Milli Cəmiyyətin İnkişafı planının təqdimatını etdi. Forumun bağlanış nitqi ilə çıxış edən AzQAC-ın vitse-prezidenti Əziz Qocayev Milli Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun salamlarını Forum iştirakçılarına çatdırdı. Forumun keçirilməsinin  rayon və şəhər bölmələrinin inkişafına mühüm təsir göstərəcəyini bildirdi. Vitse-prezident, həmçinin, Forumun təşkil olunmasında əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirdi.  Suallar cavablandırıldı. Növbəti forumun keçirilməsi  üçün sorğu aparıldı və təkliflər toplanıldı.IMG_20211124_110936IMG_20211124_162756IMG_20211124_160248IMG_20211124_135859 IMG_20211124_111121 IMG_20211124_114027 IMG_20211124_114052 IMG_20211124_114215 IMG_20211124_134609 IMG_20211124_162026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.