20161020_110621

Məktəblilər qan və qan donorluğuna dair maarifləndirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixi 1044 nömrəli  Sərəncamı ilə “Tallassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” üzrə  Tədbirlər planının 5.7.3-cu bəndinin icrasını təmin etmək məqsədilə  dövlət və QDT-rı ilə birgə əhali arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirici tədbirlərin həyata keçirilməsinə start verilmişdir. Bu tədbirlərə  təhsil müəssisələrində talassemiyanın profilaktikasının gücləndirilməsi, məktəblilərin talassemiyaya dair maarifləndirilməsi, sosial səfərbərliyin təmin edilməsi kimi fəaliyyətlər daxildir. Bununla bağlı, mütəmadi əhali arasında geniş maarifləndirici tədbirləri həyata keçirən Azərbaycan Qızıl Aypara Cəmiyyəti  “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində oktyabr ayının 20-də Səbail rayonunda 189 saylı tam orta məktəbdə, 4-cü sinif şagirdləri üçün “Qan və qan donorluğu” mövzusunda seminar keçirilmişdir.  AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru Mətanət Qaraxanova seminarda iştirak edən 32 nəfər  şagirdə qan hüceyrələri, qan xəstəlikləri (Hemofiliya və Talassemiya daxil olmaqla) , qan donorluğu barədə prezentasiya şəklində geniş məlumatlar təqdim etmişdir.  Məktəblilərin məlumatı daha yaxşı mənimsəməsi üçün onlara seminarın sonunda  AzQAC tərəfindən aşağı  sinif şagirdləri  üçün hazırlanan “Qan damlasının səyahəti” adlı hekayə kitabçası və qan donorluğuna aid vərəqələr paylanıldı. Sinif rəhbəri Nigar Aslanlının  yüksək təşkilatçılığı ilə keçirilən seminarda məktəbin həkimi, psixoloqu, AzQAC-də istehsalat təcrübəsini keçən tələbələr də iştirak etmişlər.20161020_095410 20161020_105925 p1080906

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.